Onlar niyə it kimi darıxır?

Onlar niyə it kimi darıxır?
calendar 13 fevral 2015
clock 13:42

Son vaxtlar diqqətimi bir şey çəkib. Azərbaycanlı şeir yazanların heyvanlarla, ən çox da itlərlə nəsə problemləri var. Tez-tez heyvanları əsas da itləri dəxli olmayan mövzulara qatıb müxtəlif şeirlər yazırlar. Məsələn:

Bir də var it kimi darıxmaq,

Bir də var it kimi darıxmaq,

Bir də var it kimi darıxmaq,

Bir də var it kimi darıxmaq…

(Qismət)

Qaqam, bu dilsiz-ağızsız heyvan nə vaxt kiməsə deyib ki, mən belə darıxıram, elə darıxıram, uzanıb darıxıram, özüm kimi darıxıram və s. Darıxmağın itə nə dəxli var? Yox varsa deyin.

sən axı bilmirsən

hardan biləsən

üzünnən irağ –

it kimi darxımağ nə təhər olur…

(Şəhriyar Del Gerani)

Hövsələdən çıxıram, dişlərimi sıxıram

Səbrim bir tikədir, hey saata baxıram…

Gəlişin bayram olur,

Sevinirəm uşaqtək…

Sağollaşıb gedirsən, it kimi darıxıram.

(Cəlil Cavanşir)

avqust tozanaqlı küləklərlə gəlmişdi Bakıya

isti canımızı sıxırdı

və bir şair çəkilib daxmasına

it kimi darıxırdı…

(Cəlil Cavanşir)

Yuxarıdakı şeirlər hələ hamısı deyil, azərbaycanlı şeir yazanların eyni mövzuda çox şeirləri var. Bir şeyi başa düşmək olmur. Axı şeir ancaq “zəng vurmursan heç olmasa vızov at” “elə çox darıxmışam” “sənsiz nağayrım?” tipli ucuz romantika və heyvanları dəxli olmayan mövzuya qatıb nəsə yazmaq deyil. Hər şeyi qoyaq bir kənara itin küçə ilə keçməyi özü elə şeirdi. Heç nə tapmayanda bu mövzudan da nəsə yazmaq olar. Sergey Yeseninin “Kaçalovun itinə” şeirindən bir bənd xatırlamaq yerinə düşər.

Bu it görkəminlə necə gözəlsən,

necə mehribansan, necə də göyçək.

Heç kimdən icazə almadan sən,

Öpürsən hamını sərxoş bir dost tək.

Ya da “Dələduzun etirafı” şeirindən bir parça

Sən də, sadiq

ey sevimli ala köpək!

Qocalmısan, gözün görmür, zarıncısan

Dolaşırsan quyruğunu yelləyərək,

Qapı hanı, pəyə hanı – çaşdırırsan.

Düşünürəm ki, Yesenindən sonra nəsə demək artıqdır. Birdə əgər mümkünsə itlərdən əl çəkin əziz şeir yazanlar. Onsuz da o heyvanın imicini kifayət qədər korlamısınız. Özümdən asılı deyil məhlədə-bacada it görəndə kövrəlirəm. Elə bilirəm niyəsə bərk darıxır. Sırağagün birinə yaxınlaşıb soruşdum ki, sən mənim canım düzünü de darıxıb eləmirsən, bax darıxırsansa düzünü de səni şəhərə aparım, bulvara götürüm karuselə mindirim, pivəyə qonaq eləyim. Üzümə baxıb başını buladı, bir-iki dəfə quyruğunu yellətdi, sonra hürdü. Pəncəsiylə bir az o tərəfdə oynaşan balaca küçükləri göstərib dedi ki, balalarım ölsün darıxıb eləmirik, sən bizə görə narahat olma.

# 1835 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news