Kişiləri soyunduran modelyer

Kişiləri soyunduran modelyer
calendar 6 aprel 2015
clock 13:20

2015-ci ilin əvvəlində moda dünyasında qəribə bir hadisə baş verdi. Özünün qalmaqallı geyimləri ilə tez-tez gündəmə gələn modelyer Rik Ouens yenə də köhnə ənənəsinə sadiq qaldı.

Bu dəfə sərgilənən kişi geyimləri daha çox modellərin üzərinə atdıqları örtülərə bənzəyirdi. Podiuma çıxan modellərin əksəriyyəti beldən aşağı çılpaq olublar. Bəzilərində isə alt paltarı yoxdur və örtükdəki dəlikdən kişi modellərin cinsiyyət orqanları görünür.

Rik Ouens 1962-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. Əcdadları hindu qəbiləsindəndir. Bu modelyerin düşüncə və üslubunda da özünü büruzə verir. O, özünün epataj işləri ilə seçilir.

Ouens kolleksiyası haqqında deyir ki, insanda yığılmış enerji gec-tez üzə çıxmalıdır. Ona görə də modelyer son işlərini “Sfinks” adlandırıb.

Moda tənqidçiləri isə Ouensin şousunu moda sənayesində yeni sıçrayış adlandırırlar. Onların fikrincə kişi çılpaqlığının nümayişi gender bərabərliyinə aparan yolda daha bir mərhələnin keçilməsidir.

Bundan əvvəl də kişi çılpaqlığını qabartmaqla özünə diqqət çəkən Ouens 2005-ci ildə Madriddə baş tutan moda həftəsində qadın çantalarını nümayiş etdirmişdi. Amma bu, nümayiş özünəməxsusluğu ilə seçilirdi. Qadın çantalarını kişilərin nümayiş etdirmələri azmış kimi onlar tamamilə çılpaq idilər.

Zaman-zaman özünüz epataj işləri ilə gündəmə gələn hindu modelyerin növbəti işlərini modasevərlər həvəslə gözləyir.

# 960 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news