Mövsüm premyera ilə bağlanır

Mövsüm premyera ilə bağlanır
calendar 22 iyun 2017
clock 17:30

Gənc Tamaşaçılar Teatrı özünün 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, mövsümün son premyerası iyunun 25-də nümayiş etdiriləcək. Beynəlxalq layihə çərçivəsində hazırlanmış yeni tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Yeni tamaşada rolları Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Abdullayeva, Hüsniyyə Əhmədova, Zülfiyyə Alhüseynova, Venera Abbasova, Təhminə Məmmədova, Mehriban Hüseynova, Gülbəniz Mustafayeva və b. ifa edəcəklər.

Mövsümün son böyük tamaşası isə həmin gün nümayiş etdiriləcək “Yarımçıq qalmış”dır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədovdur.

Bir hissəli psixoloji dramda əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramil Məmmədov, İlqarə Tosova və b. canlandıracaqlar.

# 1107 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news