Yazıçılarımız Başqurdustanda

Yazıçılarımız Başqurdustanda
calendar 22 oktyabr 2019
clock 14:31

Noyabrın 18-20-də Ufa (Öfö) şəhərində Başqurdustan xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, dövlət və ictimai xadim, şair-dramaturq Mustay Kərimin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib.

Kulis.aza verilən məlumata görə, tədbiri Rusiya və Başqurdustan hökuməti və Mustay Kərim Fondu təşkil edib.

Zəngin proqramı olan (Mustay Kərim adına məktəbin və xatirə lövhəsinin açılışı, ustadın ağacların əkilməsi, Mustay Kərim şeir şöləninin keçirilməsi və s.) tədbir Toratau sarayında təntənəli yubiley gecəsi ilə davam edib.

Rusiya prezidenti Vladimir Putinin təbrik məktubu ilə açılan gecədə bir sıra dövlət və hökümət adamları, xarici qonaqlar, səfirlər çıxış ediblər.

Ölkəmizi yubiley tədbirlərində Azərbaycan Yazıçılar Birliyi sədirini müşaviri, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli təmsil edib. O, AYB sədri, xalq yazıçısı Anarın təbrik məktubunu mərasim iştirakçılarına çatdırıb.

“Mustay Kərim” günlərinin ən yaddaqalan hissəsi ustadın anadan olduğu Kuleş kəndində “xalq gəsintisi” olub.

Qonaqlar başqurdların zəngin mədəniyyəti, adət-ənənsi, folkloru və mətbəxilə tanış olublar.

Mərasim “Qızlar Qalası” dağında Mustay Kərimin şərəfinə tonqalın yandırılması və el şənlikləri ilə davam edib.

Tədbirə dəvət edilmiş qonaqlara Mustay Kərim adına xatirə medalı təqdim edilib.

“Mustay günləri” çərçivəsində Elçin Hüseynbəyli Başqurdustan Yazıçılar Birliyinin nümayəndələri ilə də görüşüb. Tərəflər ədəbiyyat sahəsində əlaqələrin intensivləşməsinin vacibliyini qeyd ediblər.

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news