Mart ayında iki yeni tamaşa

Mart ayında iki yeni tamaşa
calendar 7 mart 2013
clock 16:28

Gənc Tamaşaçılar Teatrından bu ay tamaşaçılara iki yeni tamaşa təqdim edəcək. Teatrdan Kulis.az-a verilən görə, mart ayının 9-da saat 12.00da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2013-cü ilin ilk premyerası - “Qaraca qız” tamaşası nümayiş etdiriləcək. S.S.Axundov və A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Seyidşah Məmmədov, aktyorlar Manaf Dadaşov, Güşvər Şərifova, Simuzər Atakişiyeva, Hüsniyyə Əhmədova, Asya Atakişiyeva, Roza İbadova, Elşən Hacıbabayev, Zümrüd Quliyeva, İlqarə Tosova, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər.

Növbəti premyera isə mart ayının 10-da saat 12.00da Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış “Dörd əkizin nağılı” tamaşasıdır. Səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə və başqa aktyorlar canlandıracaqlar.

# 2554 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news