Tələbə olasan, bu yalanı deməyəsən?

Tələbə olasan, bu yalanı deməyəsən?
calendar 22 iyun 2013
clock 07:45

Ən yaxşı peşə – tələbəlikdir” deyənlər heç yanılmayıblar. Məktəb illərində münasibətlər nə qədər uşaqca və saf idisə, tələbəlikdə bu bir az daha ciddi, dolğun olur.

Tələbələr bir-birilərini müdafiə etmək üçün hər cür yalan deyə bilərlər. Bu yalanlar çox təbii və hərdən də çox gülməli görünür.

Bəs tələbələrin ən çox işlətdiyi yalanlar hansılardır?


1. “Müəllim, qayıb yazmayın, indi gəlir”

Tələbənin ən yaralı yeri qayıbdır. Hətta bizə uşaq vaxtı deyilən “Filan şeyi sayma, azalar” misalı da qayıb mövzusunda gücsüzdür. Qayıb yeganə şeydir ki, saydıqca artır.


2. “Oxuduğumdan biri də düşmədi”

Bu hal, necə deyərlər, “başımıza gələndən sonra başmaqçı oluruq”. İmtahanda qəfil elə bilet düşür ki... Zəif bildiyimiz mövzular... Qonşu tələbənin biletindəkiləri isə əzbər bilirik. Bunun şanssızlıqdan başqa adı yoxdur.

3. “O, uzaqda qalır”

Yenə qayıb dərdinin üstünə gəlirik. Qayıb yazdırmamağın başqa bir bəhanəsi də budur: “Müəllim o, uzaqda qalır, 3 avtobus dəyişir”. Bunu eşidən müəllim istər-istəməz əlini saxlamalı olur.

4. “Qrupun tək qızıdır”

Universitetlərdə elə fakültələr var ki, orda doğrudan da qız qıtlığı var. Hətta bəzilərində heç yoxdur. Qrupun tək qızı olmağın həm üstünlükləri var, həm də çatışmazlıqları. Qiymət yazılanda “tək” olmaq nə qədər xoşdursa, jurnal yazmaq, daşımaq da o qədər çətindir.

5. “Söz verirəm, gələn dərs danışacam”

Bu tələbəyə deyən lazımdır ki, axır-əvvəl onsuz da cavab verəcəksən, bunu vaxtında öyrən də. Tələbə həmişə azlığından-çoxluğundan asılı olmayaraq, “vaxt udmağı” böyük qazanc hesab edir.


6. “Kəsilən çox oldu”

İmtahan bitir, təxminlərinə görə kəsilmisən. Bunu evdə bir cür açıqlamalısan. Ancaq bəhanə düşünürsən. Bu vaxt məlum olur ki, daha bir nəfər də kəsilib, yəni sən tək deyilsən. Sevinməsən də təsəlli tapırsan. Evdə deyiləcək sözümüz var artıq: “Kəsilən çox idi. Bu qədər çətin gözləmirdik”.


7. “Evdən zəng vururlar e, cavab verməliyəm”

Dərsdən 10 dəqiqəlik də olsun qaçmaq üçün “müəllim, evdən zəng vururlar e, olar çıxım?” bəhanəsi o qədər də uğurlu deyil. Müəllimlərin də tutarlı cavabları olur: “Evdə bilmirlər ki, sən dərsdəsən?”.


8. “Yerliyik ki!”

Müəllimlə bir rayon, bir bölgədən olmaqdan yaxşı nə ola bilər? Bir dəfə belə rayona getməyən adamın bütün qohum-əqrəbası yadına düşür, cəmi bir neçə dəqiqəyə “qlamur tələbə” olur “rayon uşağı”.


9. “Bu, oxuyan uşaqdı e, müəllim”

Müəllimlər bu sözü ən çox qiymət yazılanda eşidirlər. Bu o deməkdir ki, bu uşaq imtahanda sizin üzünüzü qara etməz.

10. “Tapış”

“Tapış” sözünün mənasını hamı çox yaxşı bilir. “Tapşırılmış uşaq” olmaq universitetə “qızıl zənbillə” düşmüş deməkdir, onun üçün həmişə hava yaxşıdır, müəllimlər “mələk”dir.

# 3403 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news