“Mən darıxmışam. Öpüşək?”

“Mən darıxmışam. Öpüşək?”
calendar 22 iyul 2014
clock 07:30

Yazıçı Ernest Heminqueyin 6 sözlük qısa hekayəsini oxumayan tapılmaz: “Uşaq ayaqqabısı satılır; heç vaxt geyinilməyib”. Həmin vaxtdan yazıçılar da, oxucular da 6 sözlük təsirli və maraqlı qısa hekayə yazmağa can atırlar.

Kulis.az Twitter sosial şəbəkəsi istifadəçilərinin yaratdıqları @sixwordstories adlı hesabda yayımlanan qısa hekayələrdən ən uğurlularını təqdim edir. Tərcümə zamanı bəzi hekayələrdə söz sayı orijinaldan fərqlənə bilər.

Yad. Dost. Yaxın dost. Sevgili. Yad.

“Səhv düşmüsünüz”, - dedi tanış səs.

Sərnişinlər, sizinlə danışan kapitan deyil.

Paraşüt satıram: heç vaxt açılmayıb, bir azca ləkəlidir.

Bizim qızıl toyumuzdur. Stol bir dənədir.

Bu gün yenə anama özümü təqdim etdim.

Bu gün evə qızılgül aldım. Qapının açarı dəyişmişdi.

Üz qırxmağı mənə anam öyrədib.

Avtomobilin qırılmış şüşəsində “Yeni evlənmişlər” yazılmışdı.

Bizim yataq otağı. İki səs. Mən qapını döyürəm.

Tullandım. Sonra fikrimi dəyişdim.

O, arvadının qatilinə butulkada süd verirdi.

Özümü böyük kimi təsəvvür edirdim. Böyüdüm. Təsəvvürüm itdi.

Cərrah xəstənin həyatını qurtarır. Xəstə Allaha təşəkkür edir.

Bu da peşəkar yazıçıların yazdıqları qısa hekayələr:

Onu arzulayırdım. Arzuma çatdım. Zibil. (Marqaret Etvud)

Kompüter, bizim batareyalar yadımızdan çıxmayıb? Kompüter? (Eylin Qunn)

Mən sənin gələcək övladınam. Ağlama. (Stiven Bakster)

Mən hər şeyi gördün, əzizim, amma yalan danış. (Orson Skott Kard)

İmtahandan kəsildim. İnstitutdan qovdular. Raket ixtira etdim. (Uilyam Şetner)

Mən darıxmışam sənin üçün. Öpüşək? (Nil Geyman)

İtirilmiş gün. İtirilmiş həyat. Desert, zəhmət olmasa. (Stiven Meretski)

# 6381 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news