Muzey Mərkəzində sərgi olacaq

Muzey Mərkəzində sərgi olacaq
calendar 16 iyun 2016
clock 10:18

İyulun 5-də Rusiyada yaşayan tanınmış rəssam Bayram Salamovun Bakıda Muzey Mərkəzində fərdi sərgisi açılacaq.

Kulis.Az Azərtaca istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgi iyulun 9-dək davam edəcək.

Bayram Salamov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib.

Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

# 1153 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news