Opera Teatrı mövsümü bağlayır

Opera Teatrı mövsümü bağlayır
calendar 29 iyun 2016
clock 10:48

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” və “Leyli və Məcnun” baletlərinin tamaşası ilə 107-ci mövsümünü başa vuracaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, mövsüm başa çatsa da, yaradıcı kollektiv iyul ayı ərzində yeni mövsümə hazırlıqla əlaqədar yaradıcılıq məşqlərini davam etdirəcək.

Bundan əlavə, teatrın simfonik orkestri çox məsul bir qastrol səfərinə hazırlaşacaq. Belə ki, teatrın orkestr heyəti artıq 9-cu dəfə Almaniyada keçiriləcək Qut-İmmlinq Beynəlxalq Opera Sənəti Festivalında iştirak etmək üçün dəvət alıb. Orkestr festivala 60 nəfərlik heyətlə qatılacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq qastrol səfəri avqustun 1-dən 9-dək davam edəcək. Orkestr avqustun 7-də festivalın əsas tədbiri olan – “Qrand” final konsertində çıxış edəcək. 32 ölkənin qatıldığı festivalda, həmçinin dünya bəstəkarlarının operalarından ariya və duetlər səsləndiriləcək.

Konsertdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun musiqi əsərlərindən ibarət kompozisiyaların də ifa olunacağı nəzərdə tutulur.

“Qrand” final konsertində orkestri Qut-İmmlinq festivalının musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrok, Xalq Artisti, professor Cavanşir Cəfərov, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev və gənc dirijor Murtuza Məmmədov idarə edəcəklər. /azertac/

# 1015 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news