YARAT teatr festivalı keçirir

YARAT teatr festivalı keçirir
calendar 25 oktyabr 2017
clock 10:54

Kulis.az-ın verdiyi xəbərə görə, noyabrın 1-dən Bakıda M.A.P. Bakı incəsənət festivalı öz işinə başlayır.

YARAT Müasir İncəsənət Məkanının təqdim etdiyi festival teatr sənəti ilə bağlı olmaqla bərabər, müxtəlif sənət janrlarını da əhatə edir. M.A.P. (Music Art Performans) Bakcell şirkətinin dəstəyi ilə həyata keçirilir.

Festival çərçivəsində Rusiya, Gürcüstan, Almaniya, İsrail kimi ölkələrdən gəlmiş yaradıcı qrupların təqdim etdiyi tamaşalar, konsertlər, mühazirələr və ustad dərsləri keçiriləcək.

Tamaşalar arasında “Gülməli adam” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya), “Ked” – “Praktika” teatrı (Rusiya), “Troya Qadınları” – “Royal District” teatrı (Gürcüstan), “Birgə təəssüratlar” - “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya), “Sovrulanlar” baleti – “Novıy Balet” teatrı (Rusiya) kimi tamaşalar var. Həmçinin “Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail) üçgünlük ustad dərsi Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya), Aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya) səhnə dekoratoru, rəssam Alisa Malikovanın mühazirəsi (“Praktika” teatrı, Rusiya) nəzərdə tutulub. Festival çərçivəcində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində baş tutacaq konsert (Bencamin Britten – “Frenk Bric mövzusuna dair variasiyalar” Sofiya Qubaydulina – “Fachwerk”, dirijor - Yalçın Adıgözəlov

Qarmon: Roman Yusipey (Almanya/Ukrayna) daxildir.

# 999 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news