1870-ci ilə aid xalça tapılıb

1870-ci ilə aid xalça tapılıb
calendar 13 iyun 2018
clock 17:35

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir.

Aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır.

Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın bu ölkədən əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir.

Bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir.

Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat həyatını əks etdirir.

Xalça əldə əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub.

Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır. /azertag.az/

# 1121 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news