Fidel Kastronun silahdaşı öldü

Fidel Kastronun silahdaşı öldü
calendar 21 aprel 2013
clock 00:34

Aprelin 20-də Məşhur Kuba yazıçısı, mədəniyyət xadimi və inqilabçısı Alfredo Gevara vəfat edib. Kulis.Azın gazeta.ru saytına istinadən verdiyi məlumata görə yazıçı Havanada 88 yaşında infarktdan vəfat edib.

Bir həftə əvvəl xəstəxanaya yerləşdirilmiş yazıçını orada Kubanın Dövlət Şurasının rəhbəri Raul Kastro ziyarət edib. Alfredo Gevara hələ tələbəlik illərindən Kastro qardaşları ilə dostluq edirmiş. Yazıçı Fidel Kastronun Monkada kazarmasına hücumu zamanı da iştirak edib.

İnqilabın qələbəsindən sonra Gevara Mədəniyyət və Kino İnstitutunu yaradıb. 1975-ci ildə isə mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunub.

Yazıçı 1985-ci ildə Qabriel Qarsiya Markeslə birlikdə Yeni Latın Amerikası Kinosu Fondunu yaradıb. Bir il sonra isə Havadan bir qədər kənarda beynəlxaql kino məktəbini təsis edib. O 10 ildən çox müddətdə Kubanın YUNESKO-da təmsilçisi olmuşdur. Alfredo Gevara bir sıra milli mükafat o cümlədən, Federiko Fellino mükafatı və Fəxri Legion Ordeni ilə təltif olunmuşduir. Ömürünün sonunda Havana Universitetdə fəlsəfədən mühazirələr oxuyur, kitab yazırdı.

Yazıçının vəsiyyətinə görə nəşi kremasiya olunduqdan sonra külü Havana Universitetinin əsas girişinə səpiləcək.

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news