Azər Həsrətin romanı çap olunub

Azər Həsrətin romanı çap olunub
calendar 21 dekabr 2012
clock 12:17

Jurnalist və tərcüməçi Azər Həsrətin ilk iri həcmli “Bir əsgərin yaşantıları” memuar-romanı “Qanun” nəşriyyatında min tirajla çap olunub. Kitab bədii üslubda qələmə alınsa da təsvir edilən olaylar və obrazların, demək olar ki, hamısı gerçəkləri əks etdirir.

Kitabın əsas mövzusu yazarın 1986-88-ci illər ərzində Almaniyadakı Sovet Qoşunları Qrupu tərkibində hərbi xidmət keçdiyi zaman şahidi olduğu olaylar, xüsusən də azərbaycanlı əsgərlərin gizli təşkilatlanması, nizamlı bir şəkildə hər həftə sonu keçirilən Millət Məclisinin fəaliyyətləridir. Burada həm də 1987-ci ildə SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini olan Heydər Əliyevin vəzifəsindən uzaqlaşdırılmasının Almaniyada hərbi xidmət keçən azərbaycanlı əsgərlərə necə təsir etməsi, bir qazax əsgərin dilindən 1986-cı ilin 16 dekabr günü Almatı şəhərində Sovet qoşunlarının dinc nümayişçilərə divan tutaraq 172 nəfəri öldürməsi, yazarın ilk dəfə Türk kimliyini dərk etməyə başlaması, ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım kimi təzahürlərə geniş yer verilib.

Yazar zaman-zaman xəyal aləminə də ekskurs edib və öz uşaqlığını, məktəb illərini, ailəsinin ayrı-ayrı fərdlərini göz önünə gətirərək romanı 1986-88-ci illər çərçivəsindən çıxarmağa da çalışıb.

Kitabın qiyməti 4 manatdır.

# 2172 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news