Ann.az xəbər portalı daha bir maraqlı layihəyə start verib. Portal Azərbaycan musiqisinin təbliği məqsədi ilə Azərbaycan və ingilis dillərində music.ann.az saytını istifadəyə verib.
Saytda Azərbaycan xalq mahnılarını, klassik musiqi əsərlərini, caz, bəstəkar mahnılarını yükləmək, tanınmış bəstəkar və ifaçılar haqqında avtobioqrafik məlumatları, xəbərləri oxumaq olar.
Bundan əlavə, saytda bəstəkar və ifaçıların fərdi yaradıcılıq bloqları yerləşdirilib. Hər bloqda adı keçən sənətçinin əsərləri, haqqında məlumat, fotoları və onunla bağlı xəbərləri toplanır.
Saytı ənənəvi mp3 portallarından fərqləndirən yalnız çoxsaylı funksiyaları deyil, həm də məzmunudur. Saytda yalnız ciddi musiqiyə yer verilir. Profilinə görə Azərbaycan internet məkanında yeganə layihədir.
Sayt hər gün yenilənir.
Qeyd edək ki, Ann.az portalı buna qədər bir neçə maarifləndirici layihə istifadəyə verib. Buna misal olaraq yerli və xarici yazarların bədii əsərlərindən ibarət ebook.ann.az, orta məktəblərin ədəbiyyat proqramı üzrə yaradılmış edu.ann.az layihələrini göstərmək olar.
Ann.az portalında Art.ann.az, Sport.ann.az, Biznes.ann.az subsaytları da fəaliyyət göstərir.
An.az xəbər portalı 2011-ci ildən 3 dildə fəaliyyət göstərir.
Ann.az saytından maraqlı layihə
Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024