Yeni ədəbi mükafat təsis edilib

Yeni ədəbi mükafat təsis edilib
calendar 12 mart 2014
clock 17:22

Azərbaycanda “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib. Mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Dövlət Diaspor Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib. Bütöv Azərbaycan və bütövlük ideologiyasını özündə əks etdirəcək mövzuları işıqlandırmaq şərti ilə 5 nominasiyada qaliblər müəyyən ediləcək.

Ən yaxşı şeir, ən yaxşı hekayə, ən yaxşı publisistik məqalə, ən yaxşı yaxşı esse və ən yaxşı araşdırma nominasiyalarında ilk iki yeri tutan iştirakçılar mükafatlandırılacaq. Müsabiqə hər il aprelin birindən mayın 15-dək davam edəcək. Mükafatlandırma və təqdimat isə iyun ayının 24-də, Səməd Behrənginin anadan olmasının il dönümündə keçiriləcək. Qeyd edək ki, hər nominasiyada ilk iki yerin qalibinə planşet hədiyyə olunacaq. Bundan əlavə Azərbaycan Yazıçılar Birliyinin diplomu və bir sıra həvəsləndirici mükafatlar da olacaq.

Layihənin rəhbəri AYB-nin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruzun verdiyi açıqlamaya görə mükafat Bütöv Azərbaycan ideologiyası, Güney və Quzey arası əlaqələrin inkişaf etdirilməsi yönündə həyata keçirilir.

# 1723 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news