Oda Teatrı nazirliyə müraciət etdi

Oda Teatrı nazirliyə müraciət etdi
calendar 15 sentyabr 2014
clock 11:30

Aktyorlarının əksəriyyəti gənc həvəskarlardan ibarət olan Oda teatrının fəaliyyəti növbəti dəfə dayandırılıb. Teatrın rəhbəri Elmin Bədəlovun Kulis.aza verdiyi məlumata görə, teatrın “Bakı şəhəri, Əlövsət Quliyev 115” ünvanında yerləşən binasının giriş qapısının açarı dəyişdirilib.

Bundan başqa teatrın qapısının üstündəki xüsusi qraffiti də silinib: “Nəsimi rayon polis idarəsindən ev sahibinə təzyiqlər olunur. Onlar da binadan çıxmağımızı tələb edirlər, halbuki, binanın kirayəsi üçün illik müqavilə bağlamışıq və aylıq kirayə haqqını da qabaqcadan ödəmişik. Bizə olan təzyiqləri dayandırmaq və problemi çatdırmaq məqsədilə Daxili İşlər Nazirliyinə məktubla müraciət etmişik”.

Xatırladaq ki, Oda teatrı bir ildən artıqdır ki, fəaliyyət göstərir və repertuarında dünya dramaturqlarının əsərləri var. Teatrın fəaliyyəti bundan əvvəl də müxtəlif səbəblərdən bir neçə dəfə dayandırılmışdı.

# 1567 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news