Millət vəkili dil polisi istəyir

Millət vəkili dil polisi istəyir
calendar 26 dekabr 2014
clock 13:08

Azərbaycanda dil polisinin yaradılması təklif olunur. Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Lent.az-a bildirib ki, belə bir qurumun yaradılması vacibdir. Millət vəkilinin sözlərinə görə, dünyada belə bir təcrübə var. S. Rüstəmxanlı həmçinin dil gömrüyünün olmasını da vacib hesab edir. Xalq şairinin fikrincə, dilə daxil olan sözlər süzgəcdən keçirilməli və yararsız sözlərin dilə daxil olmasının qarşısı alınmalıdır. “Bununla bağlı gələn il Milli Məclisə təklifin verilməsi gözlənilir. Amma bu məsələ dövlət başçısı ilə razılaşdırılmalıdır”.

Millət vəkili onu da vurğulayıb ki, bu məsələ hətta Milli Məclisdə də səsləndirilib. S. Rüstəmxanlı küçə reklamı və elanları ilə bağlı narazılığını da gizlətməyib. Millət vəkli vurğulayıb ki, bu sahədə hələ də problem qalmaqdadır.

Bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, dilçi-alim Nizami Cəfərovun da mövqeyini öyrəndik. O bildirib ki, dil polisinin yaradılmasına ehtiyac yoxdur. “Bu cür məsələlər humanitar sahələrdə özünü ümumiyyətlə doğrutmur”.

Millət vəkili bildirib ki, müvafiq qurumlar dil məsələsində həssas olmalıdır: “İcra Hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri şəhərin dil mənzərəsinə də nəzarət etməlidirlər. Bu baxımdan hesab edirəm ki, ayrıca dil polisinin yaradılmasına ehtiyac yoxdur.

Əgər elan və reklamlarda başqa dillərə daha çox üstünlük verilirsə, apteklərdə satılan Azərbaycan dilində dərman içliyi yoxdursa, bütün bunlara müvafiq icra hakimiyyətləri orqanları cavabdehdir".

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news