Bakıda qeyri-adi layihə

Bakıda qeyri-adi layihə
calendar 12 fevral 2015
clock 15:12

Fevralın 18-də Nizami kino mərkəzində “Dünya sübhdən günbatanadək” beynəlxalq kino layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmin təqdimatı keçiriləcək. Bu barədə Kulis.az-a layihənin təşkilatçıları xəbər verib.

"Dünya sübhdən günbatanadək" Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb. Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur.

21 avqust – 7 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərində keçirilən “Bakı sübhdən günbatanadək” layihəsi çərçivəsində çəkilən qısa filmlərin arasında Ələkbər Əliyevin “17-ci mərtəbə”, Röyal Əliyevin “Balıqçı”, Mənzər Hüseynovanın “Xor”, Elvin Aşirovun “Müəzzin”, Murad Muradovun “Samovar”, Gülər Abbasovanın “Sovetskinin köhnə küçələri”, Səidə İsmayılovanın “Toy”, Elvin Aşirov, Murad Muradov, İmam Həsənovun “İbadət”, Eldar Albertsson “Ofisdə fasilə”, Eldar Albertssonun “Xalçalar”, Elnur Cəbrayılovun “Neft”, “Yarım-timsah”, Günel Qədirovanın “Neft işçiləri küçəsi”, “Heydər Əliyev Mərkəzi”, Məryəm Nəcəfzadənin “Attraksion”, “Çildağ”, Ramil Ələkbərovun “Pinəçi”, Fariz Əhmədovun “Zoopark” filmləri var.

Təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunublar.

Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşları Mədəniyyət və Turizm Nazirliyi və Azanfilm studiyasıdır.

# 1066 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news