“Balerina yuxularımdan çıxmırdı”

“Balerina yuxularımdan çıxmırdı”
calendar 17 fevral 2015
clock 17:14

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru, ssenarist, kino redaktoru Yaqub Əlioğlunun balerina Leyla Vəkilovaya həsr etdiyi kitabı çap olunub.

Kitab “Qu quşunun nəğməsi” adlanır.

Kitabda balerinanın taleyi öz əksini tapıb.

Yaqub Əlioğlu Kulis.az kitab haqqında Kulis.az-a bunları deyib:

“Ona verdiyim sözü tutmamışdım. Balerina yuxularımdan çıxmırdı. Axır ki, vədimə əməl etdim. 1993-cü ildə Leyla xanım haqqında “Balet uçuş deməkdir” adlı sənədli film çəkdim. Özünün də ürəyincə oldu. Sən demə, o filmə mərhum prezidentimiz Heydər Əliyev də baxıb və sonra Leyla xanımla əlaqə yaradaraq, onunla xeyli danışıb. Leyla xanım çox sevincli idi. Sanki sevincini kiminləsə bölməyə adam axtarırdı. Mənə dedi ki, “dur gəl bizə, danışaq”, çox sevinirdi. Getdim, ürəkdolusu telefon söhbətinin təəssüratından danışırdı. Onda mənə dedi ki, Yaqub, istəyirəm haqqımda kitab yazasan. Maraqlı bir faktı da deyim, o filmdən və o telefon danışığından bir müddət sonra Leyla xanıma prezident təqaüdü və “Şöhrət” ordeni verildi. Mən də sənət xadimlərinə həsr etdiyim kitabımda onun haqqında “Qu quşunun nəğməsi” adlı portret yazısı yazdım. Doğrudur, xoşuna gəldi, amma xahiş etdi ki, ona ayrıca kitab həsr edim. Mən də Leyla xanıma söz verdim ki, ona üçün ayrıca bir kitab yazacağam. Çünki həqiqətən də buna layiq idi. Bütün ömrünü baletə həsr etdi. Ailə xoşbəxtliyi yaşamadı, hər şeyi sənət üçün etdi”.

# 1138 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news