Bir gündə iki film təqdim ediləcək

Bir gündə iki film təqdim ediləcək
calendar 5 may 2015
clock 10:51

Mayın 8-də, saat 19-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, gənc rejissorlar Amil Məmiyevin "Qara bağ", Ayşad Səfərəliyevin isə "İnikas" qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.


Mədəniyyət və Turizm Nazirliyinin Kinemaqtoqrafiya şöbəsindən Kulisə verilən məlumata görə sözügedən filmlər Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan hər iki gəncin diplom işləri kimi istehsal edilib.


"Qara bağ" dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra metaforik simvollarla əksini tapacaq.


"Qara bağ" filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elxan abbasov, Vidadi Əliyev, Rasim Cəfər və başqaları çəkiliblər.


"İnikas" bədii filmi SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.


Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova kimi aktyorlar çəkiliblər. "İnikas" filmi IV "Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi" Beynəlxalq Film Festivalında "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb.

# 997 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news