Kamal Bağırlının sərgisi açılacaq

Kamal Bağırlının sərgisi açılacaq
calendar 30 avqust 2017
clock 10:05

Sentyabrın 8-dən 24-dək “Port Baku Mall” məkanında ənənəvi “Art Payız” festivalı çərçivəsində Kamal Bağırlının foto işlərinin sərgisi keçiriləcək.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, tanınmış teleaparıcı, bloqer və fotoqraf Kamal Bağırlı dünya paytaxtlarının qədim fotoşəkillərini bərpa edir. “Keçmişə pəncərə” adlı layihə öz orijinal ideyası və müəllifin hər bir işində duyulan səmimi təcəssüm ilə tamaşaçıların böyük marağına səbəb olur.

Müəllif çox vaxt məşhur fotoqrafların çəkdiyi şəkillərin əsasını təşkil edən hadisələri onilliklərin süzgəcindən keçirərək bizi sanki keçmişə yaxınlaşdırır. Onun fotoşəkillərində şəhərlərin görməli yerləri ilə yanaşı müəyyən mühüm hadisələrdən fraqmentlər də əks olunur.

Fotoqrafın bəzi işlərində tanınmış şəxsiyyətlər diqqəti cəlb edir. Məsələn, məşhur “Brilyant əl” filminin çəkilişləri zamanı baş rolu ifa edən aktyor Andrey Mironovun Bakının tarixi mərkəzi İçərişəhərdə çəkilmiş fotoşəkli bu qəbildəndir.

# 1169 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news