Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İtalyansayağı xoşbəxtlik” tamaşasının premyerası keçirilib. Teatrdan Kulis.az-a verilən xəbərə görə, görkəmli İtalyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Rafael trombonçu” əsərlərinin əsasında hazırlanmış iki hissəli, quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan farsın plastik həlli və rəqslərin quruluşçusu əməkdar artist Boris Lukinski, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu İsa Əsədovdur.
36 aydır evində xadiməlik etdiyi sahibi – Markiz Treratedən bir qara qəpik almayan Markofla bir anda uduşlu lotoreyadan zənginləşir. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlayır...
Tamaşanın ikinci hissəsində nümayiş etdirilən “Don Rafael trombonçu” mahiyyət və süjet xətti etibarilə “Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Rafael, elə bir anın içində də müflisləşir...
Tamaşada rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa etmişlər.
"İtalyansayağı xoşbəxtlik" yaşandı
Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024