Burda seks, narkotik və içki sərbəstdir

Burda seks, narkotik və içki sərbəstdir
calendar 14 iyun 2013
clock 07:45

Pakistanın şimalında, Əfqanıstan sərhədində yaşayan Kalaş tayfası nə fiziki görünüşləri, nə də adətləri ilə qonşularına bənzəyir. Onların keçmişi qədim dövrlərə, Makedoniyadan bu torpaqlara gələn böyük İsgəndərin ordusuna gedib çıxır.

Makedoniyalı İsgəndərin ən böyük xəyalı Asiyanı fəth etmək olub. O, əvvəlcə farsları məğlub edib, Anadolu, Orta Şərq və İranı tutub, sonra Hindistanı hədəf alıb. Bu məqsədlə e.ə. 330-cu ildə yürüşə başlayıb və ordusunu İrandan Əfqanıstana keçirib. Əfqanıstanda təxminən 2 il qalan İsgəndər buradan son hədəfinə yaxınlaşmaq üçün cənuba, Hindistanın ortalarına yönəlib.

Bu gün Əfqanıstanda nə İsgəndərdən, nə də onun imperatorluğundan bir şey qalıb. Amma İsgəndərin nəvələri, ya da başqa sözlə, İsgəndərin itmiş qəbiləsi hələ də Əfqanıstan-Pakistan sərhədində yaşayır. Onlar yaşadıqları əraziyə “Nuristan”, qonşu müsəlmanlar isə “Kafiristan” deyirlər.

Makedoniyalı İsgəndərin ordusunda olan əsgərlərin nəslindən gəldiyi ehtimal edilən, sarı saçlı, mavi gözlü bu insanlar Asiyanın ortasında yaşayan digər qonşu xalqlardan açıq-aşkar fərqlənirlər. Özü də Kalaşları fərqləndirən təkcə fiziki görünüşləri deyil.

Sarı saçlı və rəngli gözlü Kalaş qəbiləsində içki, narkotik və seks sərbəstdir. Müsəlmanlarla qonşu olan kalaşlar içkilərini içib, əkdikləri xaş-xaşdan istifadə etməkdən çəkinmirlər.

Hind-Avropa dil ailəsinə mənsub xüsusi dilləri var. Hazırda təxminən 5 min insanın danışdığı bu dil UNESCO-nun təhlükə altında olan dillər siyahısındadır.

Kalaşların dinləri, ritualları və mifologiyaları da fərqlidir. Bəziləri islam dininə keçsə də, böyük qismi hələ də hinduizm və zərdüştlüyün qarışığı olan xüsusi dinə ibadət edirlər.

Uşaqlar dindar yəhudi tərzini xatırladan qıvrım saçları və papaqları, qadınlar isə üzlərinə vurduqları tatuaj və rəngarəng, naxışlı qara geyimləri ilə diqqəti cəlb edirlər.

Müsəlmanların “qara kafirlər” deyib qadınlarını “əxlaqsız” hesab etdiyi kalaşlarda evlilik dövrü yeniyetməliklə başlayır. Kişilər yetkinlik yaşına çatanda kənddən çıxarılıb uzaq yaylalara aparılır. Bu yaylalarda bir müddət qalan gənc oğlanlar kəndə qayıdanda yetkinlik yaşına çatmış qızlar arasından birini seçib onunla cinsi əlaqədə olur.

Kalaşlarda qadınlar da kişilər qədər hüquqlara sahibdir, hətta qadın olmağın üstünlüyü daha çoxdur. Kişilərin arvadlarını seçmə haqqı olsa da, onu istədiyi vaxt boşama haqqı yoxdur. Qadınlarda isə əksinə. Onlar istədikləri vaxt ərlərini dəyişə bilərlər. Ərini dəyişmək istəyən qadın bəyəndiyi kişiyə məktub yazaraq evlənmə təklif edir və evlənmək üçün kişiyə başlıq pulu verir.

Gözəllikləri ilə məşhur kalaş qadınları geyimlərinə xüsusi fikir verirlər. Kişilərin diqqətini cəlb etmək üçün rəngli və bəzəkli paltarlar geyinən kalaş qadınları üzlərinə və əllərinə tatuaj etdirirlər. Kişilər qadınlarını məhz paltarlarının formasına və rənginə görə tanıyırlar.

Xüsusi günlərdən başqa kişilər qonşu müsəlman tayfaları ilə eyni geyimdə olurlar. Onları ancaq papaqlarına taxdıqları quş tükü və ya çiçəklər fərqləndirir.

# 4672 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news