“Tanrı həqiqəti görür, lakin...”

“Tanrı həqiqəti görür, lakin...”
calendar 1 noyabr 2013
clock 08:45

Kulis.az dünyaca məşhur ədəbiyyat adamlarından sitatları təqdim edir.

Henri Miller:

Bu dünya haqqında bütün düşündüklərini ifadə etmək cəsarətini göstərəcək adam ayağını basacaq yarım metr torpaq tapa bilməyəcək.

İnsanların inandıqları şeyləri yazmaq cəsarətləri olsaydı, heç kim bir söz belə yazmazdı.

Keylik hər şeydən daha ədəbsizdir.

Henrix Heyne:

Təfəkkür gözə görünməyən təbiət, təbiət isə görünən təfəkkürdür.

Fridrix Şiller:

Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.

Düşmənçilik və nifrət xalqı tənəzzülə aparır.

Sevgi birliyə, eqoizm təkliyə aparar.

Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük .

İnsanın, insanlığı onun ana dilinə olan münasibətində aydın görünür.

Pablo Neruda:

Eşq nə qədər qısa, unutmaq nə qədər uzundur.

Biz şairlər nifrətə nifrət edirik və savaşa qarşı savaşırıq.

Sırf birisi "Gecən xeyrə" demədiyi üçün xeyir keçməyən gecələr var.

Səni sevdiyimi sevmədiyim zaman anlayacaqsan.

Paulo Koelyo:

Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Sizin onların əzabları haqqında heç bir anlayışınız yoxdur.

Bədbəxtçilik - cəza deyil, imtahandır.

Bəzən belə olur ki, tale iki şəxsi ayırır - yalnız ona görə ki, onların bir-birilərinə nə qədər lazımlı olduqlarını göstərsin.

Bir oğlanla xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qızla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.

Sergey Yesenin:

Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən fərqli olaraq ucadan deyir.

Zaman hətta daşı qırıb tökür.

Bukovski:

Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı.

Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən.

Viktor Hüqo:

"Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.

Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.

Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.

Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.

Puşkin:

Pis bir sülh, yaxşı bir döyüşdən daha yaxşıdır.

Tanrı həqiqəti görür, lakin gözləyər.

Tənqid ədəbiyyat və sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir.

Bütün böyük səhvlərin altında qürur yatır.

Yalançı, bacaları qaraldan his kimi, insanın içini də qaraldır.

# 4030 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news