Afaq Bəşirqızının BANKİR ADAXLISI

Afaq Bəşirqızının BANKİR ADAXLISI
calendar 21 may 2014
clock 15:53

Mayın 24-də, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası keçiriləcək.

“Bankir adaxlı” tamaşası dörd illik fasilədən sonra yenidən bərpa edilib və bu iş xalq artisti Afaq Bəşirqızına həvalə olunub. Xatırladaq ki, ilk premyera 12 may, 2000-ci il tarixində, rejissor Faiq Zöhrabovun quruluşunda olub.

Tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.

Yeni yaradıcı tərkibdə xalq artistləri Afaq Bəşirqızı (Nisə), Fatma Mahmudova (Ahuçu Gülbikə), əməkdar artistlər Novruz Qartal (Dilənçilərin padşahı), Çingiz Əhmədov (Atakişi), aktyorlardan Gültac Əlili (Məleykə), Gülnarə Abdullayeva (Səmayə), Rəsmiyyə Nurməmmədova (Ceyran) Gülçöhrə Abdullayeva (Maral), Möylə Mirzəliyev (Zərgər), Gülcahan Salamova (Gülbikə), Hüseyn Əlili (Balakişi), Əliməmməd Novruzov (Nümayəndə), Ruslan Mürsəlov (Zaur), Türkel Şabanova (Zaurun bacısı), Məhərrəm Qurbanov (Nisənin əri), Elçin İmanov və Fərid Rzayev (Cangüdənlər) iştirak edirlər.

# 1655 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news