“Qadını idarə etməyi bacaran...”

“Qadını idarə etməyi bacaran...”
calendar 11 iyun 2014
clock 08:00

Kulis.az məşhur fransız yazıçısı Onore de Balzakdan sitatları fransız fotoqrafı Theo Gosselinin fotoları ilə birlikdə təqdim edir.

Həyat beşiklə məzar arasında sınaq müddətidir.

Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...

Hər iztirab insana başqa bir şey öyrədir.

Nə edirsən et, necə yaşayırsan yaşa: amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma.

Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur.

Ciddilik xarakterin əsasıdır.

Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.

Yaxşı ər heç vaxt birinci yatmır və səhər sonuncu oyanmır.

Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.

Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.

Öz zəifliyini qəbul edərək insan güclənir.

Hökumətlər və ərlər yanıldıqlarını heç bir zaman qəbul etməzlər.

Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz.

Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.

Biliyin hökmdarı olmaq üçün əməyin nökəri olmalısan.

Sevmək bir başqasının həyatını yaşamaqdır.

Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.

Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.

Vaxtı öldürmək ən bahalı əyləncədir.

Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.

Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğurulub.

Qadınsız ev məzar kimidir.

Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır…

Qadını idarə etməyi bacaran dövləti də idarə edər.

# 3200 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news