Kann festivalının proqramı açıqlandı

Kann festivalının proqramı açıqlandı
calendar 1 may 2015
clock 11:43

Kann festivalı “Cannes classics” proqramını açıqlayıb. Kulisin Gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Sergey Eyzenşteynin “İvan Qroznı” filmi 68-ci Kann festivalının “Cannes Classics” - “Kann klasssiki” - proqramına salınıb.

Film “Çimərlikdə kino” ənənəvi nümayiş seriyası çərçivəsində təqdim olunacaq.

“Kann klassiki”nin fəxri qonağı yunan-fransız rejissor Kosta-Qavres olacaq. Kosta-Qavres 1982-ci ildə “İtkin düşmüş” filminə görə “Qızıl Palma budağı” almışdı. Builki festivalda onun 1969-cu ildə çəkdiyi “Dzeta” filmini göstərəcəklər.

“Kann klassikası” həmçinin rejissor Orson Uellsin 100 illik yubileyini də qeyd edəcək. Proqrama “Vətəndaş Keyn” və “Şanxaylı ledi” filmləri salınıb. Bundan əlavə yubilyar haqqında Elizabet Kapnistin çəkdiyi “Orson Uells. Əfsanənin kəşfi”, sonra Klara və Culiya Kuperberqlərin “Bu Orson Uellsdir” sənədli filmləri, Kerol Ridin “Üçüncü adam” filmi (Bu filmdə Orson Uells baş qəhrəmanı oynayır) göstəriləcək.

“Kann klassikası”nda Viskontinin “Rokko və onun qardaşları”, Lui Mallın “Eşafota qalxan lift”, Usman Sembenin “Qaradərili...”, Loran Potun “Yanan gözlər”, Fernando Solanasın “Cənub”, Kebdzi Midzoqutinin “Gecikmiş xrizontema haqqında povest”, “Mikloş Yançın “Ümidsiz”, Mişel Bronun “Əmrlər”, Luis Pentsonun “Rəsmi tarixçı”, Aleksandr Kordının “Marius”, Lino Brokun “İnsianq”, Kindzi Fukasakunun “Qaydasız müharibə” filmləri bərpa olunmuş versiyada təqdim olunacaq. Rejissor Barbet Şrederin şərəfinə onun 1969-cu ilə çəkdiyi “Yenə” filmi nümayiş olunacaq.

Bu proqramda həmçinin 2015-ci ildə vəfat edən portuqaliyalı rejissor Manoel de Olieyr də yad olunacaq: onun 1982-ci ildə çəkdiyi və Portuqaliyadan başqa heç harada nümayiş olunmayan “Səfərlər, yaxud memuarlar və etiraflar” filmi nümayiş olunacaq.

“Kann klassikası”nda həmçinin Alfred Hiçkok, Fransua Trüffo, Sidni Lyümet, Stiv Makkuin, Harold Lloyd, Lilian Qiş və İnqrid Berqman kimi aktyor və kinematoqrafçılar haqqında sənədli filmlər təqdim olunacaq. “Çimərlikdə kino” nümayiş seriyasında həmçinin Ceyms Kameronun “Terminator”, Stiven Spilberqin “Yura dövrünün parkı”, Akira Kurosavanın “Yaralar”Eduard Molinaro “Donmuş”, İva Roberin “Qara çəkmədə hündür sarışın” , Brayan Sinqerin “Adi şübhəlilər” filmləri göstəriləcək.

Mayın 13-də başlayacaq 68-ci Kann beynəlxalq kino festivalı mayın 24 də başa çatacaq.
Bu ilki festivalın müsabiqə proqramı haqqında bu linkdən burdan məlumat ala bilərsiniz.

# 1286 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news