“Oda” Teatrı Şəkiyə qastrola gedir

“Oda” Teatrı Şəkiyə qastrola gedir
calendar 25 iyun 2015
clock 15:23

“Oda” Teatrı Şəkiyə üç günlük qastrol səfəri edəcək. Teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlovun Kulisə verdiyi məlumata görə qastrol səfərində teatrın yeni tamaşası olan “Tikanlı məftillər” nümayiş olunacaq.

Bədii rəhbər bildirib ki, qastrol səfəri iyun ayının 26, 27 və 28-ə nəzərdə tutulub: “Üç gün ərzində Şəkinin bir neçə kəndində olacağıq və tamaşalar nümayiş etdirəcəyik. Geri qayıtdıqdan sonra isə Göyçay və Ağstafa səfərlərini reallaşdıracağıq. Qastrol zamanı türkiyəli yazar Müzəffər İzgünün “Sərhəd” əsəri əsasında hazırlanmış “Tikanlı məftillər” tamaşasını göstərəcəyik. Səfərlərimiz yekunlaşdıqdan sonra isə iyulun 15-də teatrın 2 yaşının tamam olması və 3-cü mövsümümüzün açılışı ilə bağlı silsilə tədbirlər həyata keçirəcəyik”.

“Oda” Teatrı bundan öncə teatr Biləsuvar rayonuna səfər etmiş və rayonun ucqar kəndlərində “Bəyaz şedevr” tamaşasını nümayiş etdirmişdi.

“Tikanlı məftillər” tamaşasının rejissoru İmam Həsənov, aktyorları isə Elmin Bədəlov və Niyaz İlyasoğludur.

# 1048 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news