“QIZIL PƏRİ” mükafatı təsis olundu

“QIZIL PƏRİ” mükafatı təsis olundu
calendar 10 iyul 2015
clock 11:19

Azərbaycan Professional Kinorejissorlar Gildiyası “QIZIL PƏRİ” peşə mükafatını təsis edib.

Kulisə verilən məlumata görə Kinoaktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə, audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədi ilə yaradılan mükafatın nə vaxt hansı nominasiyalar üzrə verilməsi dəqiqi bəlli deyil. Bu, Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin etməsi dərəcəsindən asılı olaraq müəyyənləşdiriləcək.


“QIZIL PƏRİ” mükafatının nominasiyaları aşağıdakılar ola bilər:

1.Ən yaxşı bədii film
2. Ən yaxşı telefilm (və ya serial, müəllif verilişi)
3. Ən yaxşı sənədli film
4. Ən yaxşı cizgi filmi
5. Ən yaxşı rejissor
6. Ən yaxşı prodüser
7. Ən yaxşı orijinal ssenari
8. Ən yaxşı aktrisa
10. Ən yaxşı aktyor
11. Ən yaxşı operator
12. Ən yaxşı rəssam
13. Ən yaxşı bəstəkar
14. Ən yaxşı debüt
15. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə
16. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə

Nominasiyalara təqdim olunan audiovizual əsərlərin rejissorlarının və peşə nominasiyalarına təqdim olunan namizədlərin Azərbaycan vətəndaşı olması mütləqdir.

“QIZIL PƏRİ” mükafatının qaliblərini milli kinomuzun və televiziyamızın ən peşəkar və qabaqcıl nümayəndələrindən ibarət olan Münsiflər Heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.

“QIZIL PƏRİ” mükafatının ilk müsabiqəsi 2015-ci ildə, 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir. Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərinin qəbulu 2015-ci il oktyabrın 1-nə qədərdir. Ətraflı məlumat və ərizə forması ilə www.audiovisual.az saytında tanış ola bilərsiniz.

Отображается файл "peri.jpg"

# 1667 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news