Məşhur kollektiv Bakıda çıxış edəcək

Məşhur kollektiv Bakıda çıxış edəcək
calendar 23 iyul 2018
clock 09:21

Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “FlamencoLive” kollektivi maraqlı proqramla çıxış edəcək.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, unikal incəsənət layihəsi olan “FlamencoLive” beynəlxalq səviyyəli peşəkar artistlərdən ibarətdir. Kollektiv canlı, orijinal və əsl ispan flamenkosunu ifa edir.

Bu kollektivin tərkibində ən yaxşı rəqqaslar, gitaraçılar, kantaorlar (vokalçılar) və zərb alətləri ifaçıları öz həyatlarını "puroflamenco"ya - bütün rəngarəngliyi ilə əsl flamenko rəqsinə həsr ediblər. Onların hamısı dəfələrlə "VivaEspana", "Qızıl duet" və digər beynəlxalq müsabiqələrin laureatları olublar. Kollektivin aparıcı rəqqası ("ElTebi") Rusiyanın Birinci kanalında "Şöhrət dəqiqəsi" layihəsinin iştirakçısı və Madriddəki məşhur "CasaPatas" teatrının səhnəsində çıxış edən yeganə rusiyalı rəqs ustasıdır.

"FlamencoLive" teatrının kollektivi tamaşaçılara yeni unikal proqram - flamenko üslubunda hazırlanmış "Romeo və Cülyetta əfsanəsi" tamaşasını göstərəcək. Şekspirin məşhur faciəsinin bu yeni və maraqlı traktovkası əfsanəvi məhəbbət hekayətini ehtiraslı ispan rəqsinin vasitəsilə təqdim edəcək. /azertag.az/

# 1465 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news