"Əsli və Kərəm" 25 il sonra səhnədə

"Əsli və Kərəm" 25 il sonra səhnədə
calendar 24 yanvar 2013
clock 16:31


Akademik Opera və Balet Teatrının səhnəsində dahi Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının yeni quruluşda premyera tamaşası olub.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 25 illik fasilədən sonra teatrın repertuarına qayıdan bu tamaşa ölkə ictimaiyyətinin böyük marağına səbəb olaraq geniş tamaşaçı auditoriyası toplayıb. Teatr rəhbərliyi və tamaşanın yaradıcı heyəti yeni quruluşu həyata keçirərkən operanın stenoqrafiyasını imkan daxilində ilkin varianta yaxınlaşdırmağı qarşılarına məqsəd qoyub.

Tamaşada əsas partiyaları gənc və istedadlı xanəndələr – respublika muğam müsabiqəsinin laureatları Arzu Əliyeva (Əsli) və Elnur Zeynalov (Kərəm) ifa ediblər. Tamaşada həmçinin xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlər Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) iştirak ediblər.

Yeni quruluşun musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı – əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

lent.az

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news