Sumqayıtda rok festivalı keçiriləcək

Sumqayıtda rok festivalı keçiriləcək
calendar 30 aprel 2013
clock 11:18

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Rok Festival-gənc rokçulara dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində rok festivalı keçiriləcək. APA-nın məlumatına görə, festival Sumqayıt və Bakı şəhərində yaşayan gənc rok ifaçıların iştirakı ilə 19 may tarixində Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutacaq. Rok festivalda ümumilikdə 12 ifaçının iştirakı nəzərdə tutulub.

Layihənin icraçısı Eyvaz Qocayevin sözlərinə görə, festivalın məqsədi gənc rok ifaçılarının tanıdılması, onları gələcək fəaliyyətə stimullaşdırmaqdır: “Sumqayıt şəhəri ölkəmizdə rokun məskəni hesab olunur və bir zamanlar çox tanınmış rok qrup və ifaçıları məhz Sumqayıtdan çıxıb. Hazırda da kifayət qədər peşəkar və həvəskar rok ifaçıları vardır ki, festival çərçivəsində onların öz istedadlarını nümayiş etdirməsi üçün şərait yaradılacaq. Rok festivalının keçirilməsini istedadlı gənc rok ifaçıların həvəsləndirilməsi ilə yanaşı həm də roka olan marağın artırılması baxımından önəmli hesab edirik.”

# 2824 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news