"Dərvişin qeydləri” təqdim olunacaq

"Dərvişin qeydləri”  təqdim olunacaq
calendar 26 iyul 2013
clock 16:46

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Dərvişin qeydləri” bədii filminin geniş ictimaiyyətə təqdimatı 2 Avqust - Milli Kino Günündə gerçəkləşəcək. Bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov medeniyyet.az saytına məlumat verib. Yeni ekran əsərinin premyerası Nizami Kino Mərkəzində keçiriləcək.

Tanınmış rejissor, Xalq artisti Eldar Quliyevin quruluş verdiyi “Dərvişin qeydləri” filminin çəkilişləri 2012-ci ildə başlanmışdı. Kinolentin ssenari müəllifləri Eldar Quliyev və yazıçı İlqar Fəhmidir.Tarixi detektiv mövzuda olan filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və başqaları rol alıblar. Filmin bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Kinematoqrafçıların peşə bayramı günündə Milli Kino Mükafatı da təqdim olunacaq. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi mükafat bu il görkəmli aktyor, qocaman sənətkar, Xalq artisti Ələddin Abbasova təqdim ediləcək. Xatırladaq ki, ittifaqın ötən il təsis etdiyi Milli Kino Mükafatının ilk laureatı Xalq artisti Yaşar Nuri olmuşdu.

# 2109 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news