Çingiz Hüseynov AYB-dən İSTEFA VERDİ

Çingiz Hüseynov AYB-dən İSTEFA VERDİ
calendar 19 iyun 2014
clock 09:07

Hazırda İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxdığını elan edib.

O, Azadlıq Radiosunun "Oxu zalı"na göndərdiyi istefa ərizəsində yazır:

"Azərbaycan Yazıçılar Birliyinə!

1959-cu ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşam və bu günədək həmin qurumun varisi Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq qalmışam. Müstəqillik dönəmində AYB qurultaylarının hamısına dəvət olunsam da, sonuncu, XII Qurultaya dəvət olunmadım. Qəribədir, hər il AYB üzvlərinin latın qrafikası ilə çap olunan əsərlərinnin arasında mənim – digərlərini demirəm – “Fətəli fəthi” tarixi romanım da yoxdur. Nəzərə alaq ki, AYB məni rəsmən öz sıralarından çıxardığını elan etməyib, hələ də AYB üzvü sayılırdım. Onu da deyim ki,AYB rəsmiləri 85-illiyimə mənə təbrik teleqramı belə göndərmədilər...

Göstərdiyim səbəblərə görə artıq özümü AYB üzvü kimi hiss etmirəm – Azərbaycan Yazıçılar Birliyindən istefa verirəm.

Hörmətlə, Çingiz Hüseynov"

Çingiz Hüseynov 1929-cu ildə Bakıda doğulub. Moskva Dövlət Universitetini bitirib. Filologiya elmləri doktoru, professordur.

Əsərlərini Azərbaycan və rus dillərində yazır.

Ona populyarlığı hakimiyyət strukturlarındakı özbaşınalıq haqda yazdığı "Məhəmməd. Məmməd və Məmiş" (1975) və "Ailə sirləri" (1986) romanları gətirib. Bundan başqa "Doktor N" və "Fətəli fəthi" romanları ilə tanınıb.

AYB-nin iyunun 17-də keçirilmiş qurultayına 500-ə yaxın nümayəndə dəvət edilmişdi.

# 1616 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news