Aqata Kristinin məktubları çap olunub

Aqata Kristinin məktubları çap olunub
calendar 25 fevral 2015
clock 13:51

Britaniya yazıçısı Aqata Kristinin nəvəsi nənəsinin oxucularla məktublaşmalarını çap edib. Kulis.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə Metyu Priçard bu məktubları yazıçının 125 illiyi münasibətilə çap etdirmək qərarına gəlib. Yüzlərlə məktubun içində ingilis ədib və dramaturqu Pelem Qrenvil Vudhauzun yazışmalar da var.

Vudhauzun məktubu 1969-cu ildə yazılıb. O, məktubda qeyd edir ki, Kristinin yeni kitabları həmişə hadisədir və “Hellouində ziyafət” romanını ona həsr etdiyi üçün sevinc və qürur duyur.

Bundan başqa Vudhauz əsərin adının da düzgün seçildiyini söyləyir və qeyd edir ki, ad seçimi ədəbiyyatda çətin məsələlərdən biridir.

Bundan başqa məktublar arasında polyak mənşəli London sakininin yazışması da var. O yazıb ki, Kristinin romanlarından biri ona Ikinci Dünya Müharibəsi zamanı Almaniyada islah-əmək lagerində yaşamağa kömək edib. Qadın izah edib ki, o, lagerdə bir qırıq şamla “Qəhvəyi kostyumlu adam” kitabını dəyişib. “Mən o kitabı o qədər çox oxuyurdum ki, demək olar əzbərləmişdim. İlk 3-4 səhifə yox idi və mən kitabın nə adını nə də müəllifini bilmirdim, lakin 7 il ərzində bu kitab mənim normal dünya ilə yeganə bağlantım idi”- deyə xanım oxucu qeyd edib.

Bundan başqa Kristinin Bristoldan olan 14 yaşlı oğlanın da məktubunu saxladığı qeyd olunub. Oğlan yeni romanları almağa pul yığmaq üçün öz məktəbində kitab klubu təşkil edib. “Məndə sizin 28 kitabınız var. Mən onları 3 penniyə məktəbdə oxumağa verirəm. Əgər evdə oxumaq istəsələr altı penni ödəyirlər” – deyə o, izah edib.

Kristinin əsərlərinin ortaya çıxdığı 1920-ci illərdən həmən sonra məşhurlaşıb. Yazıçı 80 roman və hekayə toplusu nəşr etdirib. Bundan başqa onun dünyanın 70-dən çox dilinə çevrilən 19 pyesi var. Bəzi məlumatlara görə, Kristinin kitabları tirajına görə, yalnız Bibliyadan və Şekspirin əsərlərindən geri qalır.

# 1125 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news