Sofi Lorenin məcburi abort xatirələri

Sofi Lorenin məcburi abort xatirələri
calendar 20 sentyabr 2017
clock 21:00

Bu gün məşhur aktrisa Sofi Lorenin doğum günüdür. Kulis.az bu münasibətlə onun məcburi abort xatirələrini təqdim edir.

Körpəmin gözlərinə baxmaq üçün can atırdım. Amma elə olmadı, sonrakı günlər həyatımın ən qaranlıq günlərinə çevrildi. İş başında olsam da hiss edirdim ki, nəsə yerində deyil. Romada bir ginekoloqla danışdım, dedi ki, hər şey qaydasındadır, sadəcə bir neçə dincəlim və maşınla yox qatarla səyahət edim.

Moravianın hekayəsinə çəkilən filmin son hissələrini çəkmək üçün Milana gedirdik. Tərslikdən, bu hissələrdə bütün əhvalatlar maşında baş verirdi. Maşın yoldakı bütün sarsıntıları göstərmək üçün hidrolik bir yayın üstündə qurulmuşdu. Bu əsl maşından dəfələrlə pis idi. Milandakı ilk gecə çox dəhşətli ağrılar hiss etdim. Oteldən doktora zəng vurdum, doktor məni sakitləşdirməyə çalışdı, amma bir neçə saat sonra təcili yardıma müraciət elədim. Diqqət çəkməmək üçün ambulans çağırmadıq amma liftdə az qala özümdən gedirdim. Ən yaxın xəstəxanaya getdik. Ətrafımdakı adamların təlaşı məni bütün ümid və xəyallarımı məhv edəcək qorxunc tragediyaya hazırlayırdı. Özümü çox gücsüz hiss edirdim, suallar verirdim, amma mənə heç kim doğru-dürüst bir cavab verə bilmirdi.

“Narahat olmayın, xanım, indi baxırıq, həll edəcəyik, narahat olmayın, hər şey yaxşı olacaq”. Bu sözlər əslində heç nə deməyən sözlər idi və məni çarəsizlikdən xilas eləmirdi. İndi bəzən özümü o yataqda, bəyaz divarlı neon işıqlı dizenfeksiya qoxulu o otaqda hiss edirəm.

O gecənin ən iztirablı xatirəsi isə rahibə tibb bacılarının məni ittiham edən və alçaldan baxışlarıydı. Anlayışsız, insanlıqdan uzaq, hər cür duyğudan məhrum baxışlar idi. Bu lazımsız alçaltma, həqiqəti əllərində tutduqlarını sananların cahilliyindən qaynaqlanırdı və onlar qarşılarında qadının arzuları və qorxuları haqqında heç nə bilmirdilər.

Sofi Loren abortdan sonra hiss etdiklərini də qeyd edir:

“Çətin vəziyyət idi. Özümü içi tamam boşalmış kimi hiss edirdim. Sanki dünyanın bütün işıqları sönmüşdü. Özümü nə qədər məcbur etsəm də gələcəyimə dair heç nə görə bilmirdim. Özümü heç bir zaman hiss etmədiyin qədər tənha və çarəsiz hiss edirdim. Mənim ulduzluğum körpəsinə döş verməyə hazırlaşan yenicə doğmuş anaların xoşbəxtliyi qarşısında çox sönük görünürdü”.

# 1165 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news