Elçinin “Şekspir”i Musiqili Teatrda

Elçinin “Şekspir”i Musiqili Teatrda
calendar 16 sentyabr 2016
clock 10:17

Xəbər verdiyimiz, sentyabrın 15-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Festivalda ölkəmizin müxtəlif teatrları ilə yanaşı, Rusiyanın Moskva “Trikster” Teatrı, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əhli Dubay Bələdiyyə Teatrı, Gürcüstanın C.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı və N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı, İran İslam Respublikasının “Negab” Teatrı və başqa ölkələrin teatrları maraqlı tamaşalarla iştirak edəcəklər.

Festival çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Bələdiyyəsi Şəhər Teatrının tamaşası Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, İstanbul Bələdiyyəsi Şəhər Teatrı sentyabrın 22-si və 23-də Xalq Yazıçısı Elçinin “Şekspir” əsərini təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Türkiyədə yaşayan həmyerlimiz, Əməkdar İncəsənət Xadimi Məlahət Abbasova, quruluşçu rəssamı Ayhan Doğandır.

Qeyd edək ki, böyük tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan, qardaş ölkənin teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən “Şekspir” tamaşası “Yeni tiyatro dergisi. Emek ve başarı ödülü” mükafatına layiq görülüb. Bundan öncə isə səhnə əsərində rol alan 5 aktyor “İlin ən yaxşı aktyoru” seçilib.

# 1151 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news