Bakıda İndoneziya festivalı keçirilir

Bakıda İndoneziya festivalı keçirilir
calendar 9 sentyabr 2017
clock 16:28

Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilir.

APA-nın məlumatına görə, festival çərçivəsində ilk olaraq Heydər Əliyev sarayının foyesində sərgi təşkil olunub. Sərgidə İndoneziya mədəniyyət nümunələri nümayiş olunub. Daha sonra sərginin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fənani bildirib ki, bu ili iki ölkə arasında münasibətlərin 25 illiyi qeyd olunur. O iki ildir Azərbaycanda belə bir festival təşkil etməkdən məmnun olduğunu bildirib: "İndoneziya və Azərbaycan bir sıra beynəlxalq forumlarda müttəfiqdirlər. Bu festival Azərbaycan xalqına, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirilir".

Səfir bildirib ki, İndoneziyada 1340 etnik qrup var. O, Azərbaycanın da zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğulayıb: "Hər iki ölkə tolerantlıq və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, bu festival iki ölkənin faydası naminə güclərini birləşdirmək sahəsində körpü rolunu oynayacaq".

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konserti izləyənlər arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri, digər ictimai, siyasi və mədəniyyət xadimləri də olub.

# 1149 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news