Arvadı göstər, deyim əri necə adamdır

Arvadı göstər, deyim əri necə adamdır
calendar 4 mart 2013
clock 08:15

Kulis.az ispan atalar sözlərini təqdim edir.

Axmaq balıq üçün düşmən – yemdir, balıqçı yox.

Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq.

Allah yuxudan tez duranları sevir.

Yaxşı qanunlar pis adətlərdən doğulub.

İstedadsız yazıçı günahı qələmdə görür.

Şeytan, şeytan olduğuna görə çox bilmir, şeytan qoca olduğuna görə çox bilir.

Axmaqlar bazara getməsəydi, çürük mallar satılmazdı.

Heç vaxt heç kimə müharibəyə getməyi və evlənməyi nəsihət etmə.

Qadına etməməli olduqlarını demək, ona nələr edə biləcəyini göstərməkdir.

İtlə yatan birəylə durar.

Qara əlləri ağ əlcəklə gizlədirlər.

Küləyə tüpürən üzünə tüpürər.

Qürurlu insandan soyunu soruşmazlar.

Sahibi çox olan eşşəyi axırda çaqqallar yeyir.

Arının yediyi bala dönər, hörümçəyin yediyi zəhərə.

Vərdişlər əvvəlcə hörümçək toru kimi olur, sonra qalın iplərə dönürlər.

Arvadı göstər, deyim əri necə adamdır.

Don Kixot olmaq üçün yola çıxan bir çox insan evə Sanço Panso kimi qayıtdı.

Qırılan ağacdan hərə bir budaq qoparar.

Gözəllik təbiətin qadınlara verdiyi ilk hədiyyə, eyni zamanda geri götürdüyü ilk şeydir.

Qorxuyla keçən həyat yarımçıq həyatdır.

# 5592 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news