“Qızıl Şir” sentyabrın 7-də təqdim olunacaq

“Qızıl Şir” sentyabrın 7-də təqdim olunacaq
calendar 2 sentyabr 2013
clock 14:56

70-ci Venesiya kinofestivalının açılışı olub. Festival baş rollarda Sandra Ballok və Corc Kluninin oynadığı rejissor Alfonso Kuaronun “Qravitasiya” filmi ilə açılıb.

Kulis.Az-ın xəbərinə görə əsas müsabiqədə 20 filmin iştirak etdiyi festivalda onlarla film müsabiqədən kənar iştirak edir.

Yubiley münasibətilə 70 rejissorun iştirak etdiyi layihə də nümayiş olunacaq. “Future: Refresh” adlı qısametrajlı filmlərdə 70 rejissor gələcək haqqında təsəvvürlərini çəkib.

Bu il jüriyə rəhbərlik edən rejissor Bernardo Bertoluçi gələcəklə bağlı fikirlərini bildirib: “Biz bilirik ki, kino dünyanı dəyişə bilməz, amma bilirik ki, o ayrıca bir dünya yarada bilir”.

Festivalın münsiflər heyətinə yaponiyalı bəstəkarı Ryuiti Sakamoto, britaniyalı rejissor Anrea Arnold, almaniyalı aktrisa Martina Qedek və çinli rejissor Çzian Ven daxildir.

Festivalın əsas mükafatı ”Qızıl Şir” uğrunda Xayao Miyadzakenin “Külək güclənir” adlı animasiya filmi və Teri Giliamın “Zero nəzəriyyəsi trilogiyası” mübarizə aparacaq. Məşhur aktyor Nikolas Keycin də festivalda iştirak etdiyi söylənilir. N. Keyc müsabiqəyə “Co” adlı filmi ilə qatılıb.

Festivalın xüsusi baxış bölməsində rus rejissor Aleksey Germanın “Dostum İvan Lapşin” filmi də nümayiş olunacaq.

Anje Vaydanın “Valensa”, Stiven Naytın “Lok”, Kim ki Dukun festivalda qalib olmuş “Mebius” filmi də müsabiqədənkənar nümayiş etdiriləcək.

Venesiya festivalında ilk dəfə olaraq klassik filmlərin qiymətləndirilməsi də baş tutacaq.

Qaliblər sentyabrın 7-də müəyyən olacaq.

Ənənəvi olaraq İtaliyanın Lido adasında keçirilən Venesiya kino festivalı 1932-ci ildə diktator Benito Mussolini tərəfindən təsis olunub.

# 1791 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news