Bu idmançının etdiyi hamını şoka saldı

Bu idmançının etdiyi hamını şoka saldı
calendar 15 noyabr 2013
clock 08:45

Hər gün pis xəbərlər alırıq... Müharibələr, siyasi çevrilişlər, həbslər, cinayətlər... Başqasının haqqına girənlər, başqasının hüquqlarını tapdalayanlar, əmlakını talayanlar...

Əlbəttə, dünyada yaxşılıq edən insanlar da var. Əslində, yaxşılıq etmək elə də çətin deyil. Sadəcə insanların çoxu özlərini elə aparırlar ki, sanki heç nəyin fərqində deyillər. Amma yaxşı bilirlər ki, kömək edə bilərdilər.

Kulis.az yaxşılıqlar etmiş insanlarla sizi tanış edir.

1. Roma Papası Müqəddəs Pyotr meydanına yığışan insanları təəccübləndirib. O qəfildən duanı kəsərək ona yaxınlaşan kişini öpüb. Həmin adam dəhşətli xəstəlikdən əziyyət çəkirmiş. Özü meydana gəlibmiş ki, Papa ona dua etsin.

2. Məşhur “KoЯn” qrupu Moskvada konsert verən zaman kütlə qəfildən əlil gəncin arabasını çiyinləri üstə tutur ki, o öz kümirlərini daha yaxşı izləsin.

3. Təmizlik işləri ilə məşğul olan şirkət bir gün uşaq xəstəxanasında bir bayram təşkil etmək qərarına gəlir. Pəncərələri silmək zamanı gələndə şirkətin əməkdaşları uşaqların sevimli super-qəhrəmanlarının kostyumlarını geyinirlər: hörümçək adam, betmen və s. Təmizlik işləri görən adamların dediyinə görə uşaqlar bunu görəndə dəhşətli dərəcədə sevinib, həyəcanlanıblar.

4. Futbolçu Kim Çelstr oyundan qabaq autist uşağı sakitləşdirir. Hadisə Almaniya yığması ilə oyundan qabaq baş verib. Balaca Maks izdihamdan qorxub, futbolçu isə onu sakitləşdirib. Bu hadisədən sonra balaca uşağın atası futbolçuya təsirli bir təşəkkür məktubu yazıb.

5. Öz həyatını təhlükəyə ataraq pişiyi yanan evdən xilas edən yanğın söndürən. Pişik yaşasın deyə ona oksigen maskası taxıblar.

6. Kanada metrosunda turniket xarab olub və əməkdaşlardan heç biri orda olmayıb. Sərnişinlər isə turniketin işləməməyindən istifadə edib pulsuz keçməyiblər. Kimin cibində nə varsa, çıxarıb qoyub ora.

7. Miçiqanın “Dekster” futbol komandası daun sindromlu uşağa oyunun açılışını etmək üçün şərait yaradıblar.

8. Ayağı burxulmuş idmançı yoldaşını çiyninə alaraq finiş xəttinə onunla birlikdə çatan qız.

9. Helsinkidə binanın girişi. “20 avro. Sentyabrın 11-də 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında tapılıb”.

10. Kimsə özündən sonrakı müştəriyə belə bir sürpriz edib. Xırda pul qoyub ki, nəsə alanda puldan istifadə etsin.

11. Paltar təmizləmə şirkəti belə bir təklif edir insanlara: Əgər siz işsizsinizsə, işlə bağlı müsahibəyə geyməyə təmiz paltarınız yoxdursa, gətirin, biz onu pulsuz yuyaq.

Mövzu ilə bağlı başqa yazı:

Bu “BOMJ”un elədiyini heç kəs etməyib: http://news.lent.az/kulis/news/6321

# 4484 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news