Qızlar neftçilərə üstünlük verir-SƏRGİ

Qızlar neftçilərə üstünlük verir-SƏRGİ
calendar 26 dekabr 2013
clock 13:20

Dekabrın 26-sı 19:00 – da “Yay” qalereyasında rəssam və illüstrator İrina Eldarovanın “Qızlar neftçilərə üstünlük verir” adlı sərgisinin açılışı baş tutacaq.

Gün.Az xəbər verir ki, müəllif 60-cı illər kinosu və Merelin Monronun unudulmaz obrazından ilhamlandığı rəsm və instalyasiyaları seyrçilərə təqdim edəcək.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən sərgi 26 fevral 2014-cü ilə qədər davam edəcəkdir

İrina Eldarova – rəssam, Repin adına Sankt-Peterburq Dövlət Akademiyasının (1975-1979) və Boris Deksterevin kursunda təhsil aldığı Moskvadakı V.İ.Surikov adına Dövlət İnstitutunun (1980-1982) məzunudur.

İrinanın bədii yaradıcılığı özündə yalnız rəsm və qrafikanı deyil, eləcə də, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanda iri miqyaslı nəşriyyat layihələrinin işlənib hazırlanmasını birləşdirir.

2007-ci ildə rəssam Qazaxıstan Jurnalistlər Birliyi Tərəfindən təqdim edilən Ən Yaxşı Media Layihəsi mükafatına layiq görülüb.

İrina Eldarova Bakıdakı Xalqlar Dostluğu metro stansiyasında quraşdırılmış monumental mərmər pannonun müəllifidir.

Rəssamın peşəkar maraqlarının dairəsi fotoşəkil, video art və jurnalistikanı əhatə edir.

İrina Eldarova Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən HOME - SWEET HOME (“Ev – Doğma Ev”) sərgisində iştirak edib.

İrina Eldarova London, Paris, Roma və sair şəhərlərində keçirilmiş “Fly To Baku” sərgisində də iştirak edib.

Rəssam 2012-ci ildə Böyük Britaniyada böyük uğurla qarşılanan və incəsənət tənqidçilərinin ən müsbət rəylərini qazanan "A Proud Violin" (“Məğrur skripka”) uşaq kitabının illüstratoru olmuşdur.

Sərgi İçəri Şəhərdə, Kiçik Qala Döngəsi ünvanında “Yay” qalereyasında keçiriləcək.

# 2835 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news