Kitabxanaya getmək insanı xoşbəxt edir

Kitabxanaya getmək insanı xoşbəxt edir
calendar 26 aprel 2014
clock 08:00

İngiltərədə aparılan bir araşdırmada ilk dəfə xoşbəxtliyin maddi dəyəri ölçülüb.

London İqtisad Məktəbinin tədqiqatçıları insanları daha çox hansı növ fəaliyyətin xoşbəxt etdiyini araşdırıblar.

Hesablamalara görə sənət və mədəniyyətlə bağlı fəaliyyətlərlə yanaşı idman da insanlara illik gəlirlərində 5 min sterlinq (təxminən 5600 manat) qədər artım olması dəyərində xoşbəxtlik verir.

40 min ingilis ailəsində aparılan araşdırma “The Daily Telegraph” qəzetində dərc olunub. Yaş, səhhət və təhsil səviyyəsi kimi xoşbəxtliyə təsirli olan faktorlar xaric hansı fəaliyyət növünün insanları daha çox xoşbəxt etdiyi araşdırılıb.

Araşdırmaya görə insanı yaxşı hiss etdirən fəaliyyətlərin başında rəqs etmək dayanır. Bu xoşbəxtliyin pulla ekvivalenti təxminən 2200 manatdır.

Siyahıda rəqsdən sonrakı yerdə üzmək dayanır. Həftənin bir günü üzmək sizə maaşınızda 830 manat artım olmuş kimi hiss yaşadır. Üzmək – futbol və velosiped sürməkdən iki qat daha çox xoşbəxt edir insanı.

Rəqs, üzməkdən sonra üçüncü yerdə kitabxanaya getmək gəlir. Musiqiyə qulaq asmaq isə araşdırmaçıların təxminlərinin əksinə olaraq siyahıda əvvəldə deyil, daha sonrakı yerlərdə dayanır. Maddi dəyəri 742 manat.

Araşdırmada insanları xoşbəxt edən bu fəaliyyətlərin sağlamlıq baxımından da təsirli olması hesablanıb. Müntəzəm şəkildə mədəni fəaliyyətlə məşğul olan və idman edən şəxslərin digərlərinə nisbətən daha sağlam olması faktı da bu araşdırma ilə bir daha təsdiqini tapıb.

# 2759 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news