"Azdrama" Makedoniyaya festivala gedir

"Azdrama" Makedoniyaya festivala gedir
calendar 22 may 2014
clock 10:37

Akademik Milli Dram Teatrı beynəlxalq teatr festivalına – Makedoniyanın paytaxtı Skopyedə keçirilən Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalına getməyə hazırlaşır. kulis.az-a verilən xəbərə görə, 25 may - 5 iyun tarixlərində keçiriləcək festivalda teatr Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Pyesin tərcüməçisi və ifaçı Əməkdar artist Ayşad Məmmədovdur.

Bir hissəli mono reportaj janrında hazırlanan tamaşanın qısa məzmunu belədir: komplekslərlə böyüyən 50 yaşlı birisi anası öldükdən sonra xatirələrlə yaşayır, övladları ilə əlaqə yaratmaq, səhvlərini düzəltmək istəyir. Nəticədə həyatındakı boşluqlardan bezib, intihar edir. 48 dəqiqə davam edən monotamaşa həyatı komplekslər üzərində qurulan insanların faciəli həyatından bəhs edir. Rejissor ideyasına görə, cəmiyyətdə, ailədə kompleksli insanları böyütmək günahdır, çünki onlar cəmiyyətin diri ölüləridir. Komplekslərlə, bivec, mərhəmətsiz böyüdülən insan gələcəkdə cəmiyyətdən təcrid, lüzumsuz, gərəksiz həyat ilə barışan, ölümünü gözləyən insanlardır.Festivalda Akademik Milli Dram Teatrının tamaşası 28 may tarixində - Respublika Günündə Makedoniya Milli Teatrının səhnəsində nümayiş olunacaq.

# 1539 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news