Məşhur yazarın hekayəsi “Tvitter”də yayımlanır

Məşhur yazarın hekayəsi “Tvitter”də yayımlanır
calendar 16 iyul 2014
clock 11:40

Britaniyalı yazıçı, məşhur “Bulud atlası” romanının müəllifi Devid Mitçell “Tvitter”də yeni hekayəsinin yayımına başlayıb. Kulis.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə müəllif hekayəni 280 tvitdə yerləşdirəcək.

“The Right Sort” adlanan hekayə 7 gün ərzində fraqmentlərlə təqdim olunacaq.

Hekayə birinci şəxsin-gənc oğlanın dilindən nəql olunur. O, qorxu hissini, gərginliyi yox edən sakitləşdirici valium preparatından istifadə edir və ondan aldığı təəssüratları bölüşür.

Devid Mitçell 1999-cu ildə yazdığı ilk romanı “Ədəbi kabus” John Llewellyn Rhys mükafatını udub. “Bulud atlası” və “9 saylı yuxu” romanları isə müxtəlif illərdə Buker mükafatının qısa siyahısına düşüb.

2003-cü ildə Mitçell Britaniyanın ən yaxşı gənc yazıçıları, 2007-ci ildə isə “Time” jurnalının versiyasına görə dünyanın 100 ən nüfuzlu adamları siyahısına daxil olub.

“Bulud atlası” romanını 2012-ci ildə məşhur alman rejissoru Tom Tıkver ekranlaşdırıb. 102 milyon büdcəsi olan film prokatda 130 milyon dollar gəlir gətirib. Film müxtəlif dövrlərdə cərəyan edən müstəqil əhvalatlardan ibarətdir.

Yazıçının yeni kitabı (The Bone Clocks) bu il çap ediləcək.

Xatırladaq ki, sosial mediada amerikalı yazıçı Cennifer İqan, ingilis yazıçıları Nil Geyman, Filip Pulman da əsərlərini yayımlamaqla eksperiment ediblər.

# 1478 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news