Corc Buş xəstə atası haqda kitab yazdı

Corc Buş xəstə atası haqda kitab yazdı
calendar 31 iyul 2014
clock 12:50

Amerikanın eks prezidenti Corc Buş atası, ölkənin 41-ci prezidenti ata Buş haqda kitab yazıb.

Bu il 90 yaşı tamam olan ata Buş haqda oğlu deyir: “Corc Buş əla dövlət xadimi və atadır. Mən onun həyatından yazanda böyük zövq aldım. Ümid edirəm ki, bu başqalarının da xoşuna gələcək”.

Kitab ata Buşun həyatını tam əhatə edir. Həmçinin, kitabda onun İkinci Dünya müharibəsi zamanı Sakit Okeanda xidməti, Texasda neft biznesi ilə məşğul olmağı, MKİ-in direktoru kimi və Ağ evdəki fəaliyyəti də yer alıb.

Bu ilin noyabrında yayımlanacaq 300 səhifəlik kitabın tirajı 1 milyondur.

The Crown Publishing Group nəşriyyatı müəllifin qonorarını açıqlamayıb.

Parkinson xəstəliyindən (Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dofamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir) əziyyət çəkən ata Buş çox az müasir prezidentlərdən biridir ki, memuar yazmayıb. Amma 1998-ci ildə onun milli təhlükəsizlik üzrə məsləhətçi Brent Skoukroftla birlikdə yazdığı “Dünya dəyişib” kitabı çıxıb.

# 1759 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news