Merlin Monro Nataşa ilə “evli” olubmuş SENSASİYA

Merlin Monro Nataşa ilə “evli” olubmuş <span style="color:red;">SENSASİYA
calendar 9 sentyabr 2014
clock 11:42

Merilin Monro lesbi olub və aktyorluqdan dərs deyən alman yəhudisi Nataşa Laytesslə eşq macərası yaşayıb.

Kulis.azın “The Daily Mail” qəzetinə istinadən verdiyi xəbərə görə, qadınlar 1948-ci ildən 1955-ci ilə kimi “ər-arvad” kimi yaşayıblar.

Üç dəfə ərdə olan Monronun aktrisalar Coan Krouford, Marlen Ditrix, Barbara Stenvik, həmçinin güclü cinsin nümayəndələri Marlon Brando, Frenk Sinatra və Con Kennedi ilə sevgi münasibəti olub.

Məqalədə qeyd olunur ki, Laytessin məktublarında Monro ilə intim münasibətlərinin təfərrüatları əks olunmayıb.

Bu intim münasibət haqda aktyor Ted Cordan bilib. Aktrisa onunla söhbətində deyib: “Niyə də yox? Seks bir-birini sevən insanlar arasında baş verir, bu, təbii aktda pis nə var ki?”.

Onlar ilk dəfə 1946-cı ildə rastlaşıblar. Laytess gənc Monronu belə xarakterizə edir: “O, danışmağı bacarmırdı, ağzını açmağa qorxmurdu. O, evdə həmişə çılpaq gəzirdi, özünə inamsızlıqdan əziyyət çəkirdi”.

Laytess onu da iddia edir ki, Monro seks-simvol olmaq üçün əlindən gələn hər şeyi edirdi, o, düşünürdü ki, onda cazibədarlıqdan başqa nəsə yoxdur. Amma eyni zamanda o, seksə nifrət edirdi, intim münasibətlərdən qorxurdu, seksual adlandırılanda əsəbiləşirdi.

1964-cü ildə xərçəngdən vəfat edən Laytessin sözlərinə görə, Monro ilə 10 il yaxın olub.

Lois Banner “Merilin: ehtiras və paradoks ” kitabında yazır: “Merilinin uşaq kimi nəvazişə ehtiyacı vardı, Nataşa ona inam, azadlıq verirdi. Monro ona çox borcludur”.

Laytess Monroya istedadının inkişafında kömək etmişdi, teatra sevgi və maarifləndirmə vərdişləri yaratmışdı. Monronun biqorafları Laytessin amansız və qəzəbli qadın kimi təsvir edir.

Onların ayrılığı Merilin üçün şok olmuşdu.

# 4536 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news