"Çövkən" - qədim atüstü Qarabağ oyunu” müsabiqəsi

"Çövkən" - qədim atüstü Qarabağ oyunu” müsabiqəsi
calendar 15 sentyabr 2014
clock 12:02

Mədəniyyət və Turizm Nazirliyi məqalə müsabiqəsi elan edib. Kulis.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə müsabiqənin məqsədi çövkən oyununu təbliğ etməkdir.

Məlumatda deyilir: “Xalqımızın köklü dəyərlərinin ayrılmaz hissəsi olan, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz çövkən haqqında qələmə alınan yazıları dəyərləndirmək, bu oyunu təbliğ etmək, qələm sahiblərini bu istiqamətdə yazmağa həvəsləndirmək məqsədilə “Çövkən - qədim atüstü Qarabağ oyunu” mövzusunda ən yaxşı məqalələr müsabiqəsi elan edir.

Müəlliflər məqalələrini poçt, e-mail vasitəsi ilə ([email protected]) və ya şəxsən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinə (Hökumət evi, 3-cü mərtəbə, 319-cu otaq) və “Mədəniyyət” qəzeti redaksiyasına (Moskva pr. Dövlət Film Fondu, 5-ci mərtəbə) təqdim edə bilərlər.
Ən yaxşı üç məqalə seçilərək birinci, ikinci və üçüncü yerlərə layiq görüləcəkdir.


Qaliblər üçün pul mükafatı və diplom nəzərdə tutulub.

Müsabiqəyə 2014-cü ilin dekabr ayının 1-də yekun vurulacaq, nəticələr barədə nazirliyin mətbu orqanları olan “Mədəniyyət” qəzeti, “Mədəni həyat” jurnalı və nazirliyin rəsmi saytında (mct.gov.az ) yerləşdiriləcək. Məqalələr Azərbaycan dilində yazılmalıdır.

# 1871 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news