Xarici mətbuat bizim tamaşadan yazdı...

Xarici mətbuat bizim tamaşadan yazdı...
calendar 22 sentyabr 2014
clock 10:44

12 sentyabr tarixində Belarus Respublikasının Brest şəhərində start götürən XIX “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalı 20 sentyabrda yekunlaşmışdır. Kulis.az-ın Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yaradıcı kollektiv festivalda S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış etmişdir. Quruluşçu rejissoru İsa Əsədov olan monotamaşada Əməkdar Artist Şövqi Hüseynov oynayıb.

Festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa izlənilmişdir. Əvvəlcə festivalın dahi dramaturq Uilyam Şekspirin yaradıcılığına həsr olunması qənaitinə gələn təşkilat komitəsi daha sonra festivalın sərbəst şəkildə, heç bir mövzu əsasında olmayacağını qərarlaşdırıb. Ölkəmizlə yanaşı festivalda Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan və dünyanın digər ölkələrinin mono, kukla, meydan, mim teatrları iştirak etmişlər.

“Belaya Veja” (“Ağ qala”) ənənəvi beynəlxalq teatr festivalı Brestdə 1996-cı ildən keçirilir. Festivalı məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrlarının sənətini nümayiş etdirməkdir.

Festival haqqında yazan Brestin nüfuzlu qəzetlərindən olan “Брестская газета” festival çərçivəsində seçilən və daha çox tamaşaçı marağına səbəb olan səhnə əsərlərinin siyahısına Şövqi Hüseynovun ifa etdiyi “Sözsüz” tamaşasını da daxil edib: "Tamaşanı təsvir etmək üçün çox "aydın", maraqlı", "fəlsəfi" kimi epitetlərdən istifadə etmək olar. Aktyor tamaşaçıların çoxuna yaxın olan problemə toxunub. insan zamanla öz arzusunu gerçəkləşdirmək istəyir, amma cəhdləri bir nəticə vermir. o, gücünü və ümidini itirir. Arzu da arzuluqdan çıxıb. amma onun həyata keçməsinə görə sevinmirsən..."

# 1286 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news