“Peyğəmbərə dua etməyi günah sayıram”

“Peyğəmbərə dua etməyi günah sayıram”
calendar 18 sentyabr 2019
clock 21:00


Kulis.az Tanrı və din haqqında sitatları təqdim edir.

Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. İnsan onu bütün hissələri ilə Tanrıya verərsə, bu mümkündür. - Oskar Uayld

Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir. - Verner Heyzenberq

Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. - İsaak Nyuton

Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... - Albert Eynşteyn

Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. - Lev Tolstoy

Tanrı həqiqəti görər, lakin gözləyər. - Aleksandr Puşkin

Allah olmasaydı belə, onu uydurmaq lazım gələrdi. - Volter

Volterin sözünü tərsinə çevirib demək istəyirəm ki, Tanrı həqiqətən varsa, onu yox etmək lazımdır. - Bakunin

Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. - Yunan atalar sözü

Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin. - Ərəb atalar sözü

Allah özünə kömək edənlərə kömək edər. - Benjamin Fraklin

Əgər Tanrı varsa, yaxşı bəhanəsi olmalıdır. - Vudi Allen

Allahın dini yoxdur. - Qandi

Öləndə Tanrıyla qarşılaşsam, “hə bax indi sənə inandım” deyərəm. O da “xoş gəldin” deyər. Əgər dünyanı yaradacaq qədər böyükdürsə, mənə də xoş münasibət göstərəcək. - Fransua Mitteran

Tanrı başqa cür olmağımı istəsəydi, məni başqa cür yaradardı. - Höte

# 3394 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news